AZAL “donuz qripi”nin Azərbaycana hava nəqliyyatı ilə keçməsinin qarsısını almaq üçün tədbirlər görür | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL “donuz qripi”nin Azərbaycana hava nəqliyyatı ilə keçməsinin qarsısını almaq üçün tədbirlər görür

16:58 - 10 / 12 / 2015
AZAL “donuz qripi”nin Azərbaycana hava nəqliyyatı ilə keçməsinin qarsısını almaq üçün tədbirlər görür

AZAL “donuz qripi”nin Azərbaycana hava nəqliyyatı ilə keçməsinin qarsısını almaq üçün tədbirlər görür.

Bu barədə 1news.az-a“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə İranda meydana çıxan “donuz qripi” epidemiyasının hava nəqliyyatı ilə Azərbaycana gətirilməsinin qarşısını almaq məqsədilə “Azərbaycan Hava Yolları” QCS-də (AZAL) çalışan və Bakı–Tehran–Bakı istiqamətində uçuşları həyata keçirən bütün təyyarə bələdçiləri üçün “donuz qripinin ilkin simptomları” başlığı altında maarifləndirici bülleten hazırlanıb.

Qeyd edək ki, son 3 həftədə İranda "donuz qripi"ndən 40 nəfər ölüb.

1news.az

Paylaş:
1158

Son xəbərlər

Bütün xəbərlər