Qızılın qiyməti son bir gündə 0,03% azalıb
Dekabrın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,43% ucuzlaşaraq 17 492,30 bənd, S&P 500 0,77% geriləyərək 2 047,62 bənd, Nasdaq isə 1,48% azalaraq 5 022,87 bənd təşkil edib.
1news.az “Reporta”a istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,14% ucuzlaşaraq 6 126,68 bənd, Fransa CAC-40-ı 0,95% azalaraq 4 637,45 bənd, Almaniya DAX-ı isə 0,76% geriləyərək 10 592,49 bənd olub.
COMEX-də qızılın bir unsiyasının qiyməti son bir gündə 0,03% azalaraq 1 074,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1007 (+0,94%) təşkil edib.
978