Azərbaycan prezidenti Nardaran qəsəbəsinin abadlaşdırılmasına 12 milyon manat vəsait ayırdı | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan prezidenti Nardaran qəsəbəsinin abadlaşdırılmasına 12 milyon manat vəsait ayırdı

16:20 - 11 / 12 / 2015
Azərbaycan prezidenti Nardaran qəsəbəsinin abadlaşdırılmasına 12 milyon manat vəsait ayırdı

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial –mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə  12 milyon manat məbləğində vəsait ayrılıb.

1news.az-ın məlumatına görə, bu vəsait ilkin məbləğdir, qəsəbənin problemlərinin həlli, abadlıq quruculuq işləri, mədəni həyatın inkişafı, sosial rifahın artırılması istiqamətində bundan sonra da müvafiq addımlar atılmaq davam ediləcək.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatdan sonra qəsəbə onu girovluqda saxlayan terror qruplaşmasından təmizlənib, öz dinc həyatına qaytarılıb.

Qəsəbədə  bərpa və quruculuq işlərinin sürətləndirilməsi, mədəni-sosial həyatın canlandırılması, sakinlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində də addımlar atılmaqdadır.

Belə ki,  nəqliyyat  sistemi yenidən təşkil edilib, böyük miqdarda borclara baxmayaraq 1000-ə yaxın ailəyə işıq verilməsi bərpa olunub.

Azərbaycan hökuməti “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti,  “Azəriqaz” İstehsalat Birliyi və Azəravtoyolservis” Səhmdar Cəmiyyəti rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyulub.

1news.az

Paylaş:
1171

Son xəbərlər

Bütün xəbərlər