Vergilər Nazirliyi aksiz markası ilə markalanmalı olan mallarla bağlı vergi ödəyicilərinə müraciət etdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vergilər Nazirliyi aksiz markası ilə markalanmalı olan mallarla bağlı vergi ödəyicilərinə müraciət etdi

17:52 - 11 / 12 / 2015
Vergilər Nazirliyi aksiz markası ilə markalanmalı olan mallarla bağlı vergi ödəyicilərinə müraciət etdi

Vergilər Nazirliyi ölkə ərazisində aksiz markası ilə markalanmalı olan malların istehsalını, idxalını, satışını və alışını həyata keçirən vergi ödəyicilərinə müraciət edib.

1news.az-ın məlumatına görə, Vergilər Nazirliyi bildirir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun və bu qanunla təsdiq edilmiş Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci hissəsinə əsasən “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” təsdiq edilib və 1 yanvar 2016-cı il tarixdən  qüvvəyə minəcək.

Qaydaların 3.2-ci bəndinə əsasən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 194.1-1-ci maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların alışı və satışı  “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi” Qaydalarının aşağıdakı  tələblərinə uyğun həyata keçirilməlidir:

- aksiz markası ilə markalanmalı olan malların istehsalı, idxalı və ya satışı üçün müvafiq lisenziya olduqda;

- həmin malları təqdim edən şəxs tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olduqda;

- həmin malın təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədi ilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilmə halları istisna olmaqla) ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə.

Yuxarıda sadalanan tələblərdən hər hansı birini pozan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 229.2-ci maddəsinə əsasən (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda (50 manatadək) satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması yüz manat miqdarında cərimənin tətbiq edilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsinə əsasən tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda (50 manatdan 1000 manatadək) satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 213-1.4-cü maddəsinə görə isə eyni əməllər külli miqdarda (1000 manatdan yuxarı) törədildikdə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Yuxarıda göstərilənləri nəzərə alaraq 1 yanvar 2016-ci il tarixdən etibarən istehsal və satış obyektlərinizdə aksiz markası ilə markalanmalı olan malların nağdsız satılması həyata keçirilməli və  müvafiq lisenziya, habelə malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olmalıdır.

Qanunun tələblərinə görə markalanmalı malları istehsal edən, idxal edən, satan və alan (fərdi istehlakının ödənilməsi məqsədi ilə alan fiziki şəxslər istisna olmaqla) şəxslər həmin malların əldə edilməsini təsdiq edən müvafiq sənədləri bu sahədə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

Qeyd olunanlarla əlaqədar, satış (iaşə) obyektlərinizdə hal-hazırda qalıqda olan və 1 yanvar 2016-cı il tarixədək alacağınız aksiz markası ilə markalanmalı olan malların inventarizasiyasının aparılması və həmin malların sənədləşməsinin 1 yanvar 2016-cı il tarixinədək yuxarıda göstərilən tələblərə uyğunlaşdırılması tövsiyə olunur.

“Əks təqdirdə inizibati və cinayət məsuliyyətinə səbəb ola biləcək cəzalara məruz qala bilərsiniz ki, bu halda da məsuliyyət sizin üzərinizdə qalacaq”- deyə, müraciətdə qeyd olunur.

1news.az

Paylaş:
1172

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər