İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib

09:23 - 11 / 12 / 2015
İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib

Prezident İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.

1news.az-ın president.az saytına istinadla verdiyi xəbərə görə, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndirildi.

Bu milli abidə Çin xalqının azadlıq mübarizəsində həyatlarını itirən qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq ucaldılıb.

1news.az

Paylaş:
1040

Son xəbərlər

Yasamalda “CHANGAN” yanıb

03 / 06 / 2026, 15:40
Bütün xəbərlər