Əhməd Davudoğlu Azərbaycan Prezidentinə zəng edib | 1news.az | Xəbərlər
Rəsmi

Əhməd Davudoğlu Azərbaycan Prezidentinə zəng edib

21:40 - 11 / 12 / 2015
Əhməd Davudoğlu Azərbaycan Prezidentinə zəng edib

Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Türkiyənin Baş naziri “Günəşli” yatağındakı platformada qəza nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına, mərhumların doğmalarına və yaxınlarına başsağlığı verib, xəsarət alanlara tezliklə sağalmalarını arzu edib.

Azərbaycan Prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

President.az

Paylaş:
640

Son xəbərlər

Bütün xəbərlər