Azərbaycanda kredit kartlarının sayı azaldı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda kredit kartlarının sayı azaldı

10:48 - 11 / 12 / 2015
Azərbaycanda kredit kartlarının sayı azaldı

2015-ci ilin noyabrın 1-nə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 5 milyon 685 min ədəd təşkil edib. Bu isə ilin əvvəli ilə müqayisədə 280 min ədəd və ya 4,7% azdır.

1news.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı son statistik məlumatda deyilib.

Dövriyyədə olan ödəniş kartlarının ümumi sayından 2 milyon 425 min ədədi sosial kartlar, 1 milyon 483 min ədədi əmək haqqı kartları, 663 min ədədi isə digər kartlar təşkil edib. İlin əvvəlindən sosial kartların sayı 0,05% azalıb, əmək haqqı kartlarının sayı isə 2,7% artıb, digər debet kartlarının sayı isə 16,5% azalıb.

Dövriyyədə olan ödəniş kartlarının ümumi sayından 1 milyon 113 min ədədi isə kredit kartları təşkil edib. İlin əvvəlindən isə dövriyyədə olan kredit kartlarının sayı 189 min ədəd və ya 14,5% azalıb.

Paylaş:
982

Son xəbərlər

Bütün xəbərlər