Dəmir yolunda tranzit daşımalar artır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dəmir yolunda tranzit daşımalar artır

12:32 - 12 / 12 / 2015
Dəmir yolunda tranzit daşımalar artır

Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyindən, ölkəmizin nəqliyyat qurumları “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirak edir.

Son aylar ərzində Azərbaycan dəmir yolları ölkənin dəmir yolu ilə bağlı tranzit potensialının artırılması istiqamətində bütün imkanları səfərbər edib. Artıq Rusiya Federasiyasından İran İslam Respublikasına, Azərbaycan ərazisindən tranzit olaraq keçməklə, dəmir yolu ilə daşınan yeni yüklər cəlb olunmağa başlanmışdır.

Dəmir yolu ilə daşınan yüklərin Azərbaycan üzərindən, Astara stansiyasından İrana daşınmasını təmin etmək üçün İngiltərənin Moskvada yerləşən MDB üzrə “Argus Media” Qiymət Agentliyi ilə danışıqlar aparılmışdır. “Argus Media” Qiymət Agentliyi İrana əsasən Rusiyadan va Qazaxıstandan taxıl məhsulları, dəmir məmulatları və taxta materiallarının daşınmasını həyata keçirir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin apardığı düzgün tarif siyasəti nəticəsində bəzi yüklərin Azərbaycan üzərindən İrana uğurla daşınması mümkün olmuşdur.

Qeyd edək ki, əvvəlki marşrutlarla aparılan daşımalarda bəzi çətinliklər mövcud idi. Birincisi, Rusiyadan Qazaxıstan və Türkmənistan üzərindən - Sərəxs keçid məntəqəsindən İrana qədər olan məsafə kifayət qədər uzaqdır. Rusiyanin dəniz limanlarından daşınan yüklər isə gəminin yükü tam yığılanadək saxlandığı zaman əlavə cərimələr yaranır. Bu yüklər Azərbaycan dəmir yolu üzərindən tranzit olaraq daşınanda isə həm məsafə qısalır, həm də əlavə cərimələrdən qaçınılır.

Dekabrın əvvəlində Rusiyanın Mixaylovo - Leontyevskaya stansiyasından göndərilmiş 5 vaqon darı (340 ton) Astara stansiyasında vaqonlardan maşınlara yüklənərək İrana göndərilmişdir.

Daha 10 vaqon (700 ton) darı Rusiyanın Sebryakovo stansiyasından Astara stansiyasına, sonradan isə İran alıcısının sifarişi ilə maşınlarla İrana göndəriləcəkdir. Artıq 3 vaqon Astara stansiyasındadır və yükün maşınlarla İrana göndərilməsi  prosesi gedir.

Bütün bu işlər müasir tələblərə cavab verən terminalda avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Yaxın vaxtlarda Qazaxıstan və Rusiyadan minlərlə ton həcmində buğda, arpa, kətan, mərci kimi yüklərin Astara stansiyasına və oradan da İrana göndəriləcəyi planlaşdırılır. Gələcəkdə bu istiqamətdə yüklərin daha da artacağı gözlənilir.

Ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini zəruri etmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalamışdır.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12

sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanmışdır. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minmişdir. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz «Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında» Sazişə qoşulmuşdur.

"Şimal-Cənub" dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcəkdir.

Paylaş:
951

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər