Ermənilər bu dəfə də lavaşa göz dikib “erməni çörəyi” kimi təqdim etdi | 1news.az | Xəbərlər
Mədəniyyət

Ermənilər bu dəfə də lavaşa göz dikib “erməni çörəyi” kimi təqdim etdi

12:42 - 16 / 12 / 2015
Ermənilər bu dəfə də lavaşa göz dikib “erməni çörəyi” kimi təqdim etdi

“Lavaş türkün ortaq mirasıdır” mövzusunda mətbuat konfransı keçiriləcək.

Azərbaycan Respublikası və Türkiyə Mədəniyyət və Turizm Nazirlikləri və Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı və dəstəyi ilə “Lavaş günü” layihəsi həyata keçirilir.

Bu münasibətlə dekabrın 17-də “Lavaş türkün ortaq mirasıdır” mövzusunda mətbuat konfransı təşkil olunacaq.

1news.az  xəbər verir ki, nazirliyin mətbuat xidmətinin məlumatına görə, layihənin məqsədi ictimaiyyətin diqqətini milli mətbəximizin qədim nümunəsi olan lavaşın Ermənistan tərəfindən mənimsənilməsi faktına yönəltməkdir.

Bir ay davam edəcək layihə çərçivəsində Bakıda şəhərdaxili xidmət göstərən avtobuslar lavaşın təbliğinə dair məlumatlarla təchiz olunacaq, Nizami metrosunun çıxışında insanlara lavaşa həsr edilmiş broşürlər paylanılacaq.

Xatırladaq ki, 26 noyabr 2014-cü il tarixdə Ermənistan tərəfindən milli mətbəximizin qədim nümunələrindən olan lavaş UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına “erməni çörəyi lavaşın hazırlanması ənənələri” kimi təqdim edilsə də, Azərbaycan tərəfinin etirazları və bununla bağlı həyata keçirilmiş fəaliyyətlər nəticəsində Ermənistanın təxribat cəhdlərinin qarşısı alınıb.

Belə ki, UNESCO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilib və bununla da lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığı, sadəcə, bu mətbəx nümunəsinin Ermənistan ərazisində də mövcud olduğu qəbul edilib.

Paylaş:
773

Son xəbərlər

FHN-də COP29-la əlaqədar növbəti müşavirə keçirilib05 / 11 / 2024, 17:46“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin “Zəfər” kitabı çapdan çıxıb05 / 11 / 2024, 17:4234 qapı və 16 kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb05 / 11 / 2024, 17:20Bakı küçələrini təmizləmək yeni tozsoran texnika alınıb - FOTO05 / 11 / 2024, 17:01Taksi sürücüləri üçün imtahanda üç nəfər başqasının yerinə iştiraka cəhd edib05 / 11 / 2024, 16:53“Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib - FOTO05 / 11 / 2024, 16:49Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub05 / 11 / 2024, 16:37İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib - YENİLƏNİB05 / 11 / 2024, 16:12Bəzi uşaq evlərində monitorinq keçirilib, 41 nəfər cəzalandırılıb, 7 əməkdaş işdən çıxarılıb05 / 11 / 2024, 16:06“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir05 / 11 / 2024, 15:59Əli Əsədov Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşlər keçirib05 / 11 / 2024, 15:35Bakıda küləyin sürəti 20 m/s-yə çatır - FAKTİKİ HAVA05 / 11 / 2024, 15:10Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişir05 / 11 / 2024, 14:50Küçə və yol kənarlarında qida məhsullarının qanunsuz satışı ilə mübarizə tədbirləri genişləndirilib - FOTO05 / 11 / 2024, 14:43Daxili Qoşunlarda əsgərlərin andiçmə mərasimi keçirilib05 / 11 / 2024, 14:30COP29 çərçivəsində keçiriləcək tədbirlərin proqramı açıqlanıb05 / 11 / 2024, 14:29Ziya Bünyadov prospektində baş verən qəza zamanı yol təsərrüfatına ziyan dəyib05 / 11 / 2024, 13:26Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA05 / 11 / 2024, 13:15AMB-də COP29 zamanı maliyyə sektorunda planlaşdırılan fəaliyyətlər müzakirə olunub05 / 11 / 2024, 13:08Xızıda polis külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlayıb05 / 11 / 2024, 13:06
Bütün xəbərlər