Müdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir - FOTO

First News Media14:51 - Bu gün
Müdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir - FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdədir.

1news.az xəbər verir ki, sentyabrın 15-də general-polkovnik Zakir Həsənov Çin Aerokosmik Elmi və Sənaye Korporasiyasının (CASIC - China Aerospace Science and Industry Corporation) istehsalat bazasında olub. Burada CASIC-in Baş direktoru Çen Şaoyan ilə görüşən müdafiə naziri müdafiə təyinatlı müxtəlif sistemlərə baxış keçirib.

Səfər çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikasının milli müdafiə naziri admiral Dong Jun ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təhlükəsizlik və sabitlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər