Azərbaycan Yaponiyada keçirilən Beynəlxalq Mədəniyyət Festivalında təmsil olunub | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycan Yaponiyada keçirilən Beynəlxalq Mədəniyyət Festivalında təmsil olunub

13:07 - 23 / 12 / 2015
Azərbaycan Yaponiyada keçirilən Beynəlxalq Mədəniyyət Festivalında təmsil olunub

Yaponiyanın Hokkaydo Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında  Azərbaycan yüksək səviyyədə təmsil olunub.

1news.az  Diasporla İş Üzrə Dövlət Komitəsinin məlumatina istinadən xəbər verir ki,  hər dəfə yeni il ərəfəsində Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının (HUISA - Hokkaido University International Students Association) təşkilati dəstəyi və sponsorluğu ilə festival keçirilir.

Bu il festivalda ölkəmizin təmsilçiləri  Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının prezidenti, doktorant tələb Əlibəy Məmmədov və bu universitetin Biznesin İdarəsi və Menecement fakültəsində magistr təhsili alan Qabil Əliyev olub.

Əlibəy Məmmədov bildirib ki, bir-birindən gözəl, möhtəşəm çıxışları izləmək üçün hər il yüzlərlə insan festivala qatılır, Sapporo şəhər rəhbərliyinin yüksək vəzifəli şəxsləri və şəhər ziyalıları festivalı izləməyə gəlir. Bu dəfəki festivalda təmsil olunan ökələrin  milli rəqsləri və milli musiqiləri daha çox diqqət çəkib.  

Tədbirin təşkilatı işləri ilə məşğul olan Əlibəy Məmmədov festivalda Azərbaycan rəqsləri, digər təmsilçimiz Qabil Əliyev isə Azərbaycan musiqisi haqqında geniş çıxış edib.

Azərbaycan musiqisinin köklərinin qədim dövrlərə dayandığı bildirilib. Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) başlayaraq  “Kitabi-Dədə Qorqud” dastanından bizə gəlib çıxan qopuz, saz, aşıq sənəti, xalq musiqisi haqqında məlumat verilib.

Azərbaycanlı tələbələrin çıxışları Azərbaycanın xalq artisti Çingiz Mehdiyevin ifasında “Qaval daşı”, Mənsum İbrahimovdan “Səni qəmli görəndə”, Alim Qasımov və Fərqanə Qasımovanın muğamla sintez şəklində ifa etdiyi “Say it right (Nelly Furtado)” mahnıları ilə müşayiət olunub. Daha sonra “Yenilməz batalyon” filminin musiqisi barədə məlumat verən Q.Əliyevin bu musiqini canlı ifa etməsi izləyicilərdə xüsusi maraq oyadıb.

Sonda iştirakçılara sertifikatlar və pul mükafatları  təqdim edilib.

Paylaş:
1050

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər