RAHAT MARKET çörəyin qiymətinin qalxması xəbərinə münasibət bildirib -FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

RAHAT MARKET çörəyin qiymətinin qalxması xəbərinə münasibət bildirib -FOTO

14:28 - 23 / 12 / 2015
RAHAT MARKET çörəyin qiymətinin qalxması xəbərinə münasibət bildirib -FOTO

Manatın üzən məzənnə rejiminə keçid qərarından sonra və bununla əlaqədar dolların bahalaşması bəzi ərzaq məhsullarının qiymətinin artmasına gətirib çıxardı.

Bu gün sosial şəbəkələrdə paytaxtın bir sıra marketlərində çörəyin qiymətinin qalxmasıyla bağlı xəbərlər yayılıb.

Sübut olaraq RAHAT MARKET mağazalar şəbəkələrinin birindən alınmış çörəyin qiymətinin qəbzi yerləşdirilib. Qəbzdə əvvəllər 30-40 qəpiyə olan çörəyinqiyməti 50 qəpik civarında göstərilib.

1news.az-ın müxbiri RAHAT MARKET supermarketlər şəbəkəsinin rəhbərliyinin nümayəndəsi ilə əlaqə saxlayaraq yaranmış hadisə haqda məlumat alıb. Nümayəndə bildirib ki, çörəyin qiymətinin artmasından söhbət gedə bilməz, bu, texniki səhvdir.

“Texniki səhv yalnız mağazalarımızdan birində baş verib, bu da artıq aradan qaldırılıb”, - şirkətdən bildirilib.

Eyni zamanda qeyd edək ki, 1news.az-ın apardığı monitorinqə görə, bir sıra supermarketlər, eləcə dəBazar Store və Sevimli Dad çörəyin qiymətini qaldırmayıb.

Xatırladaq ki, 21 dekabr 2015-ci il tarixində Azərbaycan Mərkəzi Bankı manatın üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul etdi. Verilmiş qərar dolların qəfil bahalaşmasına səbəb oldu.

Elə həmin gün dolların manata olan məzənnəsi 47,63% (0,501 Azn)  bahalaşaraq 1,55 Azn təşkil etdi. Avro da 47,88% (0,5456 Azn)bahalaşaraq 1,685 Azn oldu.

Hazırda bu gün – 23 dekabr tarixində dolların məzənnəsi 1,5523 Azn, avro isə 1,6978 Azn təşkil edir.

1news.az

Paylaş:
2176

Son xəbərlər

Bütün xəbərlər