«Lokomotiv»in baş məşqçisi dəyişdi
Qadınlardan ibarət “Lokomotiv” voleybol klubunda baş məşqçi dəyişikliyi baş verib.
1news.az-ın məlumatına görə, ardıcıl uğursuz nəticələrdən sonra klub rəhbərliyi Fransua Salvaqnini istefaya göndərib. Onunla yanaşı, köməkçilərindən Andrea Selani, həmçinin komandaya gətirdiyi digər həmyerliləri də vətəninə yola salınıb.
“Lokomotiv”də F.Salvaqnini əvəzləyəcək şəxsin adı da artıq məlumdur. Bu, onun həmyerlisi Karlo Parizidir.
Qeyd edək ki, Super Liqada 9 oyuna cəmi 16 xal toplayaraq, 3-cü yerdə qərarlaşan “Lokomotiv” Çempionlar Liqasının A qrupunda 6 xalla ikincidi.
1news.az
910