Azərbaycan idmançısı Zabit Səmədov polşalı rəqibindən revanş alıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
İdman

Azərbaycan idmançısı Zabit Səmədov polşalı rəqibindən revanş alıb - FOTO - VİDEO

16:21 - 27 / 12 / 2015
Azərbaycan idmançısı Zabit Səmədov polşalı rəqibindən revanş alıb - FOTO - VİDEO

Çeçenistanda "Qroznaya bitva 13" adlı döyüş gecəsi keçirilib.

Gecənin əsas görüşündə azərbaycanlı K-1 idmançısı Zabit Səmədov Avstraliyada yaşayan Polşa əsilli Pol Slavinskiylə üz-üzə gəlib.

Üç raundluq görüş zamanı rəqibini üç dəfə nokdauna salan Z.Səmədov sonda hakimlərin yekdil qərarı ilə inamlı qələbə qazanıb. Bununla da Zabit Səmədov 2007-ci ildə Amsterdamda məğlub olduğu rəqibdən revanş almağı bacarıb.

Qeyd edək ki, qələbə münasibətilə Z.Səmədovu ilk olaraq Çeçenistan prezidenti Ramzan Kadırov təbrik edib və ona son model "Mercedes" avtomobili bağışlayıb.

Paylaş:
10000

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər