Şəhriyar Məmmədyarov Karlsenə uduzaraq liderliyi əldən verdi
Dohada şahmatçılar arasında keçirilən “Qatar Masters Open” turnirinin 8-ci turu keçirilib.
1news.az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə görüşüb.
Ağ fiqurlarla oynayan həmyerlimiz əsas rəqibinə uduzaraq liderliyi əldən verib.
Bu nəticədən sonra Şəhriyar 5.5 xalda qalaraq 7-ci sıraya düşüb. Karlsen isə 6.5 xalla vahid liderliyə yüksəlib.
Qeyd edək ki, 9 turdan ibarət olan turnirə sabah yekun vurulacaq. Həlledici görüşdə Maqnus Karlsenlə rusiyalı Vladimir Kramnik qarşılaşacaq. Təmsilçimiz Şəhriyar Məmmədyarov isə rus Sanan Syuqirovla üz-üzə gələcək.
1news.az
850