Bayram günlərində Bakı Beynəlxalq Avtovağzalından rekord sayda sərnişin daşınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günlərində Bakı Beynəlxalq Avtovağzalından rekord sayda sərnişin daşınıb

11:26 - 05 / 01 / 2016
Bayram günlərində Bakı Beynəlxalq Avtovağzalından rekord sayda sərnişin daşınıb

Bakı Beynəlxalq Avtovağzalı (BBA) dekabrın 21-dən yanvarın 5-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) 1news.az-a verilən məlumata görə, paytaxt avtovağzalından dekabrın 31-dən yanvarın 4-dək müxtəlif tutumlu avtobuslar vasitəsilə ümumilikdə 1 680 reyslə 42 849 sərnişin daşınıb.

Avtovağzalda ən çox sərnişin sıxlığı isə dekabrın 30-da müşahidə edilib. Belə ki, 30  dekabr tarixində 674 reyslə 18 mindən çox sərnişin daşınıb ki, bu da əvvəlki illərlə müqayisədə rekord göstəricidir.

1news.az

 

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər