Sumqayıtda məktəbdə zəhərlənən şagirdlər evə buraxılıblar - TƏFƏRRÜAT - YENİLƏNİB 3 | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda məktəbdə zəhərlənən şagirdlər evə buraxılıblar - TƏFƏRRÜAT - YENİLƏNİB 3

Qafar Ağayev17:56 - Bu gün
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlər evə buraxılıblar - TƏFƏRRÜAT - YENİLƏNİB 3

Sumqayıtda 36 nömrəli tam orta məktəbdə zəhərlənənlər evə buraxılıblar.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)1news.az-ın sorğusuna cavab olarq məlumat verilib.

Bildirilib ki, oktyabrın 2-də saat 10:20 radələrindən başlayaraq 21 nəfər (17 kişi cinsli, 4 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

"Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd edilib.

***

14:30

Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 36 saylı tam orta məktəbdə 21 şagirdin zəhərlənməsinə mağazadan alınan "Chupa Chups" markalı konfetin səbəb olduğu bildirilir.

1news.az "Report"a istinadən xəbər verir ki, 2013-cü il təvəllüdlü, həmin məktəbin 8-ci sinif şagirdi C.N. konfeti Saray qəsəbəsində yerləşən mağazaların birindən alıb və sinif yoldaşları ilə birgə yeyib.

Nəticədə özü və daha 20 sinif yoldaşı zəhərlənmə şübhəsi ilə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına müraciət edib.

Hazırda şagirdlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

11:39

Sumqayıtda məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə baş verib.

Məsələ ilə bağlı TƏBİB-dən 1news.az-ın cavab olaraq bildirilib ki, bu gün saat 10:20 radələrində 14 nəfər (11 kişi cinsli, 3 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də məsələ ilə bağlı açıqlama yayıb. 

Bildirilib ki, Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir

"Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir" - açıqlamada qeyd olunub.

Paylaş:
328

Son xəbərlər

Bütün xəbərlər