Ölkənin dağlıq ərazilərinə qar yağır - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkənin dağlıq ərazilərinə qar yağır - FAKTİKİ HAVA

1news Redaksiyası11:36 - Bu gün
Ölkənin dağlıq ərazilərinə qar yağır - FAKTİKİ HAVA

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, oktyabrın 3-ü saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.

Bakıda və Abşeron yarımadasında 31 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 110 %-ni təşkil edir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Neftçalada 23, Bakıda və Abşeron yarımadasında 22, Şahdağda 20 m/s-dək güclənir.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər