Xətaidə ərzaq köşkündə yanğın: Kişi meyiti aşkarlanıb
Bakı şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsində ərzaq satışı köşkündə baş vermiş yanğın zamanı kişi meyiti aşkarlanıb.
1news.az bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər yanğının genişlənməsinə imkan vermədən onu qısa müddətdə söndürüblər.
Ümumi sahəsi 20 kvadratmetr olan köşkdə yataq dəsti qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Ağayar Xanhüseyn oğlu Əliyevin meyiti aşkar olunub.
Köşk yanğından mühafizə edilib. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
73












