Şərur sakinindən külli miqdarda saxta əsginaz götürülüb
Şərur rayon sakini Röyal Nəsirov 20 ədəd saxta 100 manatlıq əsginazı satarkən tutulub.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub.
R.Nəsirovun paytaxtın Nərimanov rayonunda kirayədə yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 36 ədəd 100 manatlıq, 65 ədəd 50 manatlıq, 72 ədəd 20 manatlıq, 39 ədəd 5 manatlıq saxta əsginazlar, habelə printer və pul kəsmək üçün alət də aşkar edilərək götürülüb.
1news.az
986