“Brent” markalı neftin qiyməti 31 dolları keçdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Brent” markalı neftin qiyməti 31 dolları keçdi

09:44 - 13 / 01 / 2016
“Brent” markalı neftin  qiyməti  31 dolları keçdi

London və Nyu-Yorkun birjalarındakı aıqı-satqı əməliyyatlarının nəticələrinə görə, neftin qiymətində cüzi yüksəlmə var.

1news.az gazeta.ru-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,41% artaraq 30,85 dollar təşkil edib.

“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin dəyəri 0,24% artıb və  $31,10 dollarda  qərarlaşıb.

1news.az

 

Paylaş:
771

Son xəbərlər

Bütün xəbərlər