Barak Obama müsəlmanların ünvanına nifrət və zorakılığı pisləyib
ABŞ prezidenti Barak Obama ekstremistlər tərəfindən törədilən terror aktları ilə əlaqədar müsəlmanlara yönələn nifrət və zorakılığı pisləyib.
1news.az-ın “РИА Новости”-yə istinadla verdiyi xəbərə görə, bunu ABŞ lideri Barak Obama Amerika Konqresi qarşısında prezident qismində son çıxışı zamanı bildirib.
"Siyasətçilər müsəlmanları təhqir edəndə, onların məscidlərini təhqir edəndə, uşaqlarını pis sözlə adlandıranda, bu bizə təhlükəsizlik gətirmir. Bu bütün dünyanın gözündə bizim etibarımızı azaldır, bu bizim ölkənin mahiyyətini ələ verir", - deyə o, sözlərinə əlavə edib.
1news.az
905