“Xalq Bank”ın Siyəzən filialının şüşələrinin qırılması ilə bağlı məlumat yalan çıxdı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xalq Bank”ın Siyəzən filialının şüşələrinin qırılması ilə bağlı məlumat yalan çıxdı

14:28 - 14 / 01 / 2016
“Xalq Bank”ın Siyəzən filialının şüşələrinin qırılması ilə bağlı məlumat yalan çıxdı

Bu gün bəzi KİV-də Siyəzən şəhərində bir qrup vətəndaşla hüquq-mühafizə orqanları arasında baş vermiş insidentlə bağlı məlumat yayılıb.

1news.az-ın verdiyi xəbərə görə, məlumatda qeyd olunur ki, insident zamanı “Xalq Bank”ın Siyəzən filialının şüşələri qırılıb, filiala ziyan dəyib.

Lakin “Xalq Bank” ASC-nin Baş ofisinin məsələ ilə bağlı açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyi qeyd olunub.

“Banka heç bir ziyan vurulmayıb və filial öz fəaliyyətini davam etdirir”- deyə, baş ofisdən bildiriblər.

1news.az

 

Paylaş:
838

Son xəbərlər

Bütün xəbərlər