Azərbaycan prezidenti Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
1news.az –ın AR prezidentinin rəsmi saytına istinadən veridiyi məlumata görə, fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmiəti haqqında Əsasnamə, qurumun strukturu, Xidmətin hərbi qulluqçularının və Xidmətin sisteminə işə götürülən işçilərin ştat sayının həddi, habelə Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı təsdiq edilib.
Nazirlər Kabinetinə isə prezidentin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin etmək və prezidentə məlumat vermək tapşırılıb.
1news.az