Azərbaycanla Çin arasında əldə edilən Anlaşma Memorandumu təsdiq edilib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanla Çin arasında əldə edilən Anlaşma Memorandumu təsdiq edilib

01:33 - 15 / 01 / 2016
Azərbaycanla Çin arasında əldə edilən Anlaşma Memorandumu təsdiq edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə Çin Xalq Respublikasının Energetika üzrə Dövlət İdarəsi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə Çin Xalq Respublikasının Energetika üzrə Dövlət İdarəsi arasında 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərsin”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 yanvar 2016-cı il.

1news.az

 

Paylaş:
736

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər