Prezident Azərbaycanla Çin arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığa dair Sazişi təsdiq edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Azərbaycanla Çin arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığa dair Sazişi təsdiq edib

02:24 - 15 / 01 / 2016
Prezident Azərbaycanla Çin arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığa dair Sazişi təsdiq edib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Xalq Respublikasının Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Xalq Respublikasının Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığa dair 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 yanvar 2016-cı il.

1news.az

 

Paylaş:
914

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər