Vüqar Bayramov: “Artıq biz, neft sektorunu unutmalıylıq” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüqar Bayramov: “Artıq biz, neft sektorunu unutmalıylıq”

17:03 - 15 / 01 / 2016
Vüqar Bayramov: “Artıq biz, neft sektorunu unutmalıylıq”

1news.az-ın İqtisadiyyat elmləri doktoru, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramovla müsahibəsi:

- Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Dövlət başçısı iclasda çıxışı zamanı 2016-cı ildə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirərək, idxalı əvəzləyən və ixrac qabiliyyətli məhsulların istehsalının həcminin artırılmasını vurğulayıb. Bu tapşırığı necə şərh edərdiniz?

Prezidentin və Nazirlər Kabineti üzvlərinin çıxışları barədə tam mətni buradan əldə edə bilərsiniz:

- Qeyri-neft sektorunun inkişafı Azərbaycanın ixrac qabiliyyətinin yüksəlməsinə səbəb olacaq. Neftin dünya bazar qiymətinin aşağı düşməsi Azərbaycanın neft satışından əldə etdiyi gəlirlərin 3 dəfə azalmasına səbəb olub. Buna görə də, 2016-cı ildə əsas prioritet sektorların dəstəklənməsi yolu ilə qeyri-neft sektorunun ixrac qabiliyyətinin artırılması olacaq. Bu aspektdən kənd təsərrüfatı, yüngül və qida sənayesi kimi neftdən kənar sektorların dəstəklənməsi əsas hədəf olaraq qalmaqdadır. Bu isə ölkəmizin qeyri-neft ixracatını artırmaqla ölkəyə daha çox valyutanın daxil olmasına imkan verəcək.

- Dövlət başçısı iqtisadiyyata investisiyaların cəlb edilməsininhəcminin artırılmasıvacibliyinə diqqət yetirib. Bununla belə, İlham Əliyev qeyd edib ki, keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdu ki, bunun 50%-i xarici sərmayədir. Hazırki sual nə dərəcədə vacibdir?

- Həqiqətən də, 2016-cı ildə əsas prioritet hədəflərdən biri də qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi ilə bağlıdlır. Neftin dünya bazar qiymətinin aşağı düşməsi fonunda ölkə Prezidentinin qeyd etdiyi kimi, artıq biz neft sektorunu unutmalıylıq. Ölkə iqtisadiyyatının gələcək inkişaf istiqamətləri birbaşa qeyri-neft sektoru üzərində qurulduğundan bu neftdən asıllılığın da aradan qaldırılmasına imkan verəcək.

Qeyri-neft sektorunun inkişafı üzərində ölkə iqtisadiyyatının formalaşdırılması həm də neftin dünya bazar qiymətindən də asıllılığın minumuma enməsi deməkdir. Neft sektorundan fərqli olaraq qeyri-neft sektoru ölkəyə daha uzunmüddətli və stabil gəlirlərin daxil olması deməkdir. Bu eyni zamanda ölkəyə daxil olan valyutanın həcmini artırmağa imkan verəcək. Bu baxımdan, bu strateji hədəf eyni zamanda milli valyutaya olan təzyiqin azaldılması baxımdan da əlverişlidir.

-2015-ci ildə milli valyuta demək olar ki, 100% devalvasiyaya uğradı. Dövlət başçısnın sözlərinə görə, bu, qaçılmaz idi. Belə ki,neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın. Analoji tendensiya Azərbaycanla qonşu olan dövlətlərdə də baş verdi. Bununla belə, Prezident neftin qiymətinin qəfil aşağı düşməsini sadəcə olaraq iqtisadi faktorlarla əlaqələndirmir...

- Neftin dünya bazar qiymətinin aşağı düşməsi daha çox siyasi səbəblər ilə bağlıdır. Gündəlik istehlak 94 milyon barreldən az olan dünya bazarında təklif 97 milyon barreldən çoxdur.

Hər gün dünya bazarında 3 milyon barrel artıq neft çıxarılır. Bu isə qiymətin aşağı düşməsinin əsas səbəblərindədir. Hasilatın çox olmasının siyasi səbəbləri də var. Gündəlik 9.3 milyon barrel xam neft hasil edən ABŞ-ın Avropa bazarına çıxması neftin qiymətinə iqtisadi təsirdən daha çox psixoloji təzyiq göstərir. Birləşmiş Ştatların gündə 7 milyon barrel neft idxal etməsinə baxmayaraq, okeanın o tayından köhnə qitəyə neft ixracı həyata keçirilməkdədr. İdxalda praktik olaraq heç bir ölkədən asılı olmayan Birləşmiş Ştatlar Avropa bazarına çıxmaqla qiyməti diqtə edən gücdür.

OPEK və xüsusən də Səudiyyə Ərəbistanı ABŞ bazarını itirməkdən ehtiyatlanaraq okeanın o tayından gələn müsiqi ilə “oynayır”. Bu baxımdan neftin qiymətlərinin kəskin azalmasında və dünya bazarında “qara qızıl” bolluğunun yanaşmasına baxmayaraq, ötən ay keçirdiyi yığıncaqda OPEK hasilatın azaldılması deyil, artırılması haqda qərar qəbul etdi. Bu isə prosesin birbaşa siyasi səbəblər ilə bağlı olduğundan xəbər verir.

- Azərbaycan əhalisini hazırda narahat edən ən böyük problem – ABŞ dolları məzənnəsinin artımı ilə əlaqədar qiymətlərin bahalaşmasıdır. Nə üçün məhsullar bu dərəcədə güclü bahalaşıb? 

-Süni qiymət artımlarına mübarizənin gücləndirilməsi olduqca vacibdir. Azərbaycanda idxal olunan məhsulların xərci heç də bütövlükdə dollarla deyil. Düzdür, sahibkar idxal etdiyi məhsulu dollarla alır və ölkəyə gətirilənə qədər xərclər dollarladır. Amma artıq ölkə daxilində xərclər manatladır. Əməkhaqqı, kommunal xidmətlər, vergi, icarə haqqı və digər xərclər manatla ödənilir.

Bu baxımdan manatın 50 faiz devalvasiya etməsi idxal olunan məhsulların qiymətinin 50 faiz artması anlamına gəlməməlidir. Burada baxmaq lazımdır ki, dollarla ifadə olunan xərclər nə qədərdir. Çünki manatla ifadə olunan xərclər dəyişməyib. Vergidə, kommunal xidmətlərdə, əməkhaqqında dəyişiklik yoxdur. Belə olan halda dollarla olan xərclər nə qədər dəyişibsə, ona uyğun olaraq qiymətlərin artırılmasına ehtiyac var.

Amma çox təəssüf ki, sahibkarlar əgər manat 50 faiz devalvasiya edibsə, idxal etdikləri məhsulların da qiymətini manat xərcinin nə qədər olub-olmamasından asılı olmayaraq, 50-60 faiz artırırlar. Bu da təbii ki, süni şəkildə qiymətlərin artımı deməkdir, çünki bütün hallarda qiymət artımları xərc maddəsinə uyğun olaraq həyata keçirilməlidir.

Yerli məhsulların qiymətinə gəlincə isə xammalı xaricdən idxal olunan məhsulların qiymətində dollarla ifadə olunan xərclər səviyyəsində artım ola bilər. Amma xammalı xaricdən gəlməyən, yerli istehsal olunan məhsullar üzrə qiymət artımı devalvasiya səviyyəsinə deyil, inflyasiya səviyyəsinə uyğunlaşmalıdır. Yerli məhsulların da qiymətinin devalvasiya səviyyəsində bahalaşması süni qiymət artımı deməkdir.

1news.az

Paylaş:
1135

Son xəbərlər

Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31
Bütün xəbərlər