Müəllimlərin maaşı artırıldı | 1news.az | Xəbərlər
Rəsmi

Müəllimlərin maaşı artırıldı

17:55 - 18 / 01 / 2016
Müəllimlərin maaşı artırıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilən aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

1news.az

Paylaş:
606

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər