Azərbaycan prezidenti Əfqanıstanla sosial müdafiə sahəsində imzalanmış sənədi təsdiqləyib
Azərbaycan prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Azərbaycanın Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əfqanıstan hökumətinə bildiriş göndərməlidir.
1news.az
763