Azərbaycan parlamentində böhrandan çıxış yolları müzakirə olunur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan parlamentində böhrandan çıxış yolları müzakirə olunur

14:31 - 19 / 01 / 2016
Azərbaycan parlamentində böhrandan çıxış yolları müzakirə olunur

Struktur islahatların həyata keçirilməsi, inhisarçılığın ləğvi və maliyyə bazarının möhkəmlənməsi istiqamətində addımlar Azərbaycanın böhrandan çıxmasına imkan verəcək.

1news.az xəbər verir ki, bu fikiri Azərbaycan Milli Məclisinin növbədənkənar plenar iclasının iştirakçıları səsləndirib. Plenar iclas ölkədə makroiqtisadi stabilliyin təminatına yönələn qanun layihələrinin müzakirəsinə həsr olunub.

Deputat Fuad Muradovun fikrincə, Mərkəzi Bank əhaliyə problemli banklarla bağlı informasiya verməli və maliyyə sisteminə bütövlükdə olan güvənsizliyi aradan qaldırmalıdır.

“Əgər əmanətçilər problemli banklar haqqında məlumatlı olsalar, ictimai rəyi manipulyasiya etmək mümkün olmayacaq”, - deyə F. Muradov bildirib.  

Bununla yanaşı o, əhalinin bank əmanətlərindən 10 faizlik gəlir vergisinin ləğv olunması  təşəbbüsünü müsbət qiymətləndirib.

Deputat Fazil Mustafa qeyd edib ki, əhali  qarışıqlığa düşməməlidir.

“Əhali artıq məmurlara inanmır, yalnız Prezidentin sözlərini eşidir. Yəni iqtisadi blok üzvlərinə inamsızlıq göz önündədir”, - F. Mustafa qeyd edib.

O, Azərbaycana xarici bankların aktiv cəlbini təklif edib: “Əgər yerli banklar əhaliyə aşağı faizlərlə kredit vermək imkanında deyilsə, qoy bunu xarici maliyyə institutları həyata keçirsin”, - F. Mustafa təklif edib.

Deputat Əli Məsimli qeyd edib ki, hazırkı şəraitdə ilk olaraq milli valyutaya olan inam geri qaytarılmalıdır.

Bunun üçün struktur islahatlar həyata keçirilməli, o çümlədən, 150 layihə reallaşdırılmalıdır. Bu layihələrin reallaşmasına yaxın 1-2 il ərzində 1.5 milyard manata qədər vəsait xərclənəcək”, -parlametn üzvü qeyd edib.

O qeyd edib ki, “əgər müvafiq strukturlar dövlət başçısının tapşırıqlarının heç olmasa yarısını həyata keçirsə, ölkə böhran vəziyyətindən çıxacaq”.

Ə.Məsimli qeyd edib ki, monopoliyanın istənilən formasının aradan qaldırılması zamanı çatıb. Bu Azərbaycanın iqtisadi inkişafına şərait yaradacaq.

Spiker Oktay Əsədov deyib:

“ Ölkə rəhbərliyi qarşısındakı əsas məsələ makroiqtisadi stabilliyin təmin olunmasıdır, kret borcları mövzusu isə gələcək müzakirələrin mövzusu ola bilər”.

“Biz ilk növbədə makroiqtisadi göstəricilər üzrə qanun layihəsi paketi  qəbul etməliyik. Digər məsələlər daha sonra müzakirə olunacaq”,- deyə O.Əsədov bildirib.

1news.az

Paylaş:
973

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər