Prezident İlham Əliyev hərbi qulluqçuların maaşlarının artırılması ilə bağlı sərəncam imzaladı | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev hərbi qulluqçuların maaşlarının artırılması ilə bağlı sərəncam imzaladı

18:07 - 19 / 01 / 2016
Prezident İlham Əliyev hərbi qulluqçuların maaşlarının artırılması ilə bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Sərəncama əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

1news.az

Paylaş:
803

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər