“SOCAR-AQŞ”-də 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
Qanlı Yanvar hadisələrinin 26-cı ildönümü ilə əlaqədar “SOCAR-AQŞ-də anım tədbiri keçirilib.
Müəssisədən 1news.az-a bildirilib ki, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra müxtəlif bölmə və strukturlarında çalışan əməkdaşlar bu tarixlə bağlı xatirələrini bölüşüblər.
Çıxış edənlər 1990-cı ilin yanvarında Sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətləri sadalayaraq azadlığın hansı məşəqqətlər hesabına əldə olunmasını vurğuladılar.
İftixar hissi ilə qeyd olunmalıdır ki, həmin hadisələr zamanı Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını və azadlıq uğrunda mübarizə qüdrətini bir daha bəyan etdi. Məhz bu fədakarlıq və iradə sayəsində xalqımız qısa müddət ərzində müstəqil, sürətlə inkişaf edən dövlət kimi beynəlxalq aləmdə özünün layiqli yerini tutmağa nail oldu.
1news.az