Azərbaycanda məhbus nəzarətçiyə hücum edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda məhbus nəzarətçiyə hücum edib

17:12 - 20 / 01 / 2016
Azərbaycanda məhbus nəzarətçiyə hücum edib

Bakıda Cəzaçəkmə Müəssisələrindən birində məhkum nəzarətçini döyüb.

1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəndə baş verib.

Müəssisədə cəza çəkən 1992-ci il təvəllüdlü Kamil Fərəcov orada nəzarətçi işləyən ədliyyə kiçik giziri 1985-ci il təvəllüdlü Kənan Fəxrəddin oğlu Kərimovu döyüb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

1news.az

 

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər