Azərbaycanda cinayət törədən 46 nəfər tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda cinayət törədən 46 nəfər tutulub

17:53 - 20 / 01 / 2016
Azərbaycanda cinayət törədən 46 nəfər tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 19-da 91 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, onların da 34-ü “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 46 nəfər tutulub.

1news.az

 

Paylaş:
787

Son xəbərlər

Bütün xəbərlər