Disney “Ulduz müharibələri”nin təqdimat tarixini dəyişdi | 1news.az | Xəbərlər
Mədəniyyət

Disney “Ulduz müharibələri”nin təqdimat tarixini dəyişdi

10:31 - 21 / 01 / 2016
Disney “Ulduz müharibələri”nin təqdimat tarixini dəyişdi

Filmin yeni epizodunun təqdimatının gecikməsinin səbəbo “Ulduz müharibələri. VII epizod: Gücün oyanışı” nın böyük uğur qazanmasıdır.

Tətil müddətində film həm ABŞ kinobazarında həmdə dünya bazarında bütün rekordları qırdı.

 Amerikanın Walt Disney Co. şirkəti ənənəvi saganın yeni bölümünün 2017-ci ilin dekabr ayında təqdim olunacağını bildirb.

Qeyd edək ki, filmin yeni bölümü “Ulduz müharibələri: VIII epizod”un təqdimatı 15 dekabr 2017-ci ildə keçiriləcəyi şirkət tərəfindən elan olunub.

“Ulduz müharibələri” ən çox bilet satılan filmlər arasında 4-cü yeri tutur.

Xatırladaq ki, “Ulduz müharibələri” amerikalı rejissor Corc Likasın ideyasıdır. Kinosaqanın 6 epizodu- 1977,1980, 1983, 1999, 2002 və 2003-cü illərdə çəkilib. 2013-cü ilin oktyabr ayında Lucas 4.05 milyard dollara Lucasfilmi  Walt Disney -ə satıb. Daha sonra məlum olub  ki, Disney  “Ulduz müharibələri”nin davamını çəkməyi planlaşdırır.

1news.az

Paylaş:
1467

Son xəbərlər

Bütün xəbərlər