Prezident İlham Əliyev fərman imzalayıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev fərman imzalayıb

18:15 - 25 / 01 / 2016
Prezident İlham Əliyev fərman imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda I qrup əlillərin sosial müavinətlərinin artırılması ilə bağlı Fərman imzalayıb.

Bu barədə 1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanın mətnində bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği  10 faiz artırılaraq, 2016-cı il fevralın 1-dən 66 manat müəyyən edilsin.

2. “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin  2014-cü il 17 mart  tarixli 128  nömrəli Fərmanının 1-ci hissəsində “60” rəqəmləri “66” rəqəmləri ilə əvəz edilsin. 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

Paylaş:
815

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər