Analıq məzuniyyətinə görə verilən müavinətlər artırılıb
Azərbaycan Prezidenti İlham Əliyev uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında sərəncam imzalayıb.
Bu barədə 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Sərəncama əsasən:
1. 2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 avqust tarixli 3082 nömrəli Sərəncamının 1-ci hissəsi ləğv edilsin.