Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə 20 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə 20 milyon manat ayrılıb

20:06 - 25 / 01 / 2016
Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə 20 milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə 1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncanda bildirilir:

1. Ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması məqsədi ilə cari ilin dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20,0 (iyirmi) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Paylaş:
842

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər