“Təcili yardım” əhaliyə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Təcili yardım” əhaliyə müraciət edib

13:27 - 26 / 01 / 2016
 “Təcili yardım” əhaliyə müraciət edib

Pis  hava şəraiti ilə əlaqədar olaraq bu gün bir nəfər şəhər sakini ağır travmalarla “Təcili yardım”a müraciət edib.

1news.az –a bu haqda Bakı şəhər Təcili və təxirəsalınmaz tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

“Zədə alan vətəndaş Travmatologiya institutunda yerləşdirilib”,- o deyib.

R.Nağıyev vətəndaşlara müraciət edərək hər hansı problem yarandığında “103” nömrəsinə zəng etmələrini söyləyib.

Qeyd edək ki, son günlər Azərbaycanda hava şəraiti kəskin pisləşib.  

Ağır zədə aldığını yerində necə təyin etmək olar.

1. Kəllə  beyin silkələnməsi

Simptomlar: Bir neçə dəqiq huşun itirilməsi, ürək bulanma, qusma, başgicəllənmə, zəiflik, baş ağrısı

Nə etməli: Sakitlik vacibdir! Uzanmaq lazımdır, analgin,  yaxud aspirin dərmanı qəbu etmək, başa soyuq tənzif qoymaq olar. Bir neçə dəqiqə uzanıb, hətta ürəkbulanma və başgicəllənməsi keçsə də sonra mütləq həkimə getmək lazımdır.

2. ətrafların qırılması və ya çıxması.

Simotomlar: Kəskin ağri, əzələlərin formasını dəyişməsi, getdikcə artan şişlər, barmaqarın hissiyatı qismən itirməsi

Nə etməli: “Zədələnən ətrafları rahat buraxmaq lazımdır, dartmaq və ya “düzəltmək” olmaz. Çalışın bir yerdə saxlayasız, nə iləsə sarımaq olar, Ağrıkısuci içib tez zamanda xəstəxanaya getmək vacibdir.

3. Əzələ dartılması, bağlarda qırılma.

Simptomlar: Kəskin bərk ağrı, qırılma olarsa oan məxsus xışıltı səsi. Şişlik və qanaxma daha sonra hiss olunur. Barmaqların hissiyyatı və fəaliyyəti qalır.

Nə etməli: soyuq tənzif qoyun, bərk bağlayın, bu halda ətrafları daha az hərəkət etdirmək məsləhətdir. Əgər qırılma ayaqdadırda ona bərk basmamağa çalışın. Mütləq travmatoloqa müraciət edin.

1news.az

Paylaş:
943

Son xəbərlər

Bütün xəbərlər