Samir Şərifov: " Neftdən, neftin qiymətindən asılı olmayan yeni inkişaf modelinin yaradılması qarşımızda duran əsas vəzifədir " | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samir Şərifov: " Neftdən, neftin qiymətindən asılı olmayan yeni inkişaf modelinin yaradılması qarşımızda duran əsas vəzifədir "

14:04 - 26 / 01 / 2016
Samir Şərifov: " Neftdən, neftin qiymətindən asılı olmayan yeni inkişaf modelinin yaradılması qarşımızda duran əsas vəzifədir "

Bu il İqtisadiyyat Nazirliyinin Sahibkarlığa k Milli Fonduna (SKMF) əlavə sait ayrılacaq.

1news.az APA-ya istinadən xəbər verib ki, bunu bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində keçirilən maliyyə üzrə seksiyasında maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, hazırda 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılır: "Fondda olan vəsaitlərlə birlikdə ayrılacaq əlavə vəsait regionlarda yeni müəssisələrin yaradılmasına şərait yaradacaq. Bu, aqrar sektora təkan verə bilər. Sizə tövsiyəm ondan ibarətdir ki, layihələr üzrə işlərə başlanılmalıdır. Daxili xammal bazasına əsaslanmış ixracyönümlü müəssisələrin yaranmasına fikir verilməlidir. Birincisi, bu müəssisələrin yaranması ölkədən valyuta axınının azalmasına səbəb olacaq. İkincisi, xaricə məhsul ixrac etməklə ölkəyə valyuta axınını təmin etmək mümkün olacaq".

S. Şərifov sahibkarlara müraciət edərək onları yeni layihələrlə bağlı təkliflər hazırlamağı və aidiyyatı qurumlara təqdim etməyi tövsiyyə edib.

Azərbaycanın davamlı iqtisadi inkişafa nail olunduğunu, ildən-ilə əhalinin maddi rifah halının yaxşılaşdırıldığını deyən maliyyə naziri bildirib ki, dövlət və özəl sektor bu nailiyyətlərin qorunmasına çalışmalıdır: “Biz, cənab prezidentin də qeyd etdiyi kimi, bu nailiyyətləri qorumaqla, yeni inkişaf modeli yaratmalıyıq. Neftdən, neftin qiymətindən asılı olmayan yeni modelin yaradılması bizim qarşımızda duran əsas vəzifədir. Biz çalışmalıyıq ki, bu vəzifənin öhdəsindən layiqincə gələk, əhali üçün yüksək həyat standartlarını qoruyaq. Biz bunun üçün ilk növbədə sahibkarlara yaxşı şərait yaratmalıyıq, dəstək verməliyik, əngəl törətməməliyik. Çünki, iqtisadiyyatın hərəkətverici qüvvələrindən biri sahibkarlardır. Onlar yeni müəssisələr yaratmaqla yeni iş yerləri açırlar. Yaxşı biznes mühiti olanda, sahibkar gələcək perspektivləri başa düşəndə, o, investisiya yatıracaq".

1news.az

Paylaş:
714

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər