“Kapital Bank”ın lotereya kampaniyası başa çatdı
“Kapitak Bank” ASC-nin 10 dekabr 2015-ci il tarixindən start verdiyi "Yeni il" ani stimullaşdırıcı lotereya kampaniyası 15 yanvarda başa çatıb.
Bu haqda 1news.az-a Bankdan məlumat verilib. Məlumatda qeyd olunur ki, bir ay davam edən kampaniya müddətində on mindən artıq insan hədiyyə olaraq uduş fonduna daxil olan 0% komissiya, faiz dərəcələrinə 1%-dən 5%-ə qədər endirim və tam faizsiz kreditlər qazanıb. Hədiyyə qazanmış şəxslərin siyahısı ilə “Kapital Bank”ın rəsmi internet səhifəsində tanış olmaq olar.
Qeyd edək ki, kampaniya müddətində “Kapital Bank”dan “Gündəlik tələbat” növü üzrə kredit əldə edən müştərilər lotereyada iştirak etmək hüququ qazanıblar.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. “Kapital Bank”ın müştəriləri kredit ödənişlərini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminallarında, habelə “Kapital Bank”ın filiallarında və pay.kapitalbank.az saytında həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.