Respublika üzrə buz bağlayan bəzi yolların siyahısı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Respublika üzrə buz bağlayan bəzi yolların siyahısı açıqlandı

18:55 - 26 / 01 / 2016
Respublika üzrə buz bağlayan bəzi yolların siyahısı açıqlandı

Paytaxt Bakıda və respublikanın digər yerlərində  buz bağlayan yolların siyahısı açıqlanıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, hazırda Bakı-Şamaxı yolunun 66-cı kilometrliyindən 133-cü kilometrliyinədək hissəsini artıq buz bağlayıb. Gecə saatlarında bu məsafənin daha da uzanacağı ehtimalı var. Bundan başqa, Bakı-Quba yolunun bəzi ərazilərində də buzlaşma müşahidə edilir. Buz bağlayan yollara qum və duz səpilir.

K. Əliyev həmçinin bildirib ki, sürücülərdən magistral yollardakı vəziyyəti nəzərə alaraq iki aparıcı oxu olan nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur.

Bakı şəhərinin enişli-yoxuşlu yollarında da buzlaşma müşahidə olunur. Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, hazırda paytaxtın Yasamal və Yeni Günəşli qəsəbəsi ərazilərində yollar buz bağlayıb. Gecə saatlarında buzlaşmanın daha da artacağı ehtimal olunur.

V. Əsədov qeyd edib ki, hazırda müvafiq qurumlar küçə və prospektlərin qardan təmizlənməsi üçün lazımı tədbirlər görünür.

Şöbə rəisi yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülərdən diqqətli olmağı, idarə etdikləri avtomobillərdə mövsümi təkərlərdən istifadə etməyi, yüksək sürətdən uzaq olmağı məsləhət görüb.

1news.az

Paylaş:
683

Son xəbərlər

KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53
Bütün xəbərlər