Azərbaycanın ən böyük palçıq vulkanlarından biri püskürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın ən böyük palçıq vulkanlarından biri püskürdü

09:42 - 26 / 01 / 2016
Azərbaycanın ən böyük palçıq vulkanlarından biri püskürdü

Azərbaycanın Hacıqabul rayonundakı Axtarma-Paşalı vulkanı püskürüb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Hacıqabul rayonu Udulu kənd icra nümayəndəliyindən məlumat  verilib.

Məlumatda bildirilib ki, bu gecə saat 03.00 radələrində  qeydə alınan püskürmə səhər saatlarına qədər davam edib.

Udulu qəsəbəsi ərazisində püskürən vulkan Azərbaycanın ən böyük vulkanlarından biridir. Bundan əvvəl - 2013-cü ilin aprel ayında püskürən vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir, cənub-şərqi Şirvan ərazisindədir. Odla müşayiət olunan vulkan 30-35 metr hündürlüyə qədər qalxıb, ətraf ərazilərdən aydın müşahidə olunub. Vulkan palçığının orta qalınlığı 1 metr 20 sm-dir və 18 hektar sahəni örtüb.

1news.az

Paylaş:
1196

Son xəbərlər

Bütün xəbərlər