Tərtərdə evdə partlayış olub: xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə evdə partlayış olub: xəsarət alan var

1news Redaksiyası11:10 - 26 / 01 / 2016
Tərtərdə evdə partlayış olub: xəsarət alan var

Tərtər şəhərində evdə güclü partlayış olub.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Naziriliyindən məlumat veriblər.

Məlumata görə, Tərtər şəhərində vətəndaşa məxsus ümumi sahəsi 88 kv.m olan birmərtəbəli 2 otaq və eyvandan ibarət evdə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış baş verib.

Nəticədə 2 kv.m sahədə ev əşyaları yanıb, bir otağın tavanı və yükdaşıyıcı divarları uçub.

Hadisə zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Ev yanğından mühafizə olunub.

1news.az

Paylaş:
629

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər