"Fitch": "Azərbaycan Dəmir Yolları" QSC-nin reytinqi geri çağırılıb
“Fitch Ratings” (RDE) beynəlxalq reytinq agentliyi “Azərbaycan Dəmir Yolları” QSC-nin reytinqini geri çağırıb.
1news.az- ın verdiyi xəbərə görə, bu barədə “Fitch”in yaydığı məlumatda qeyd olunub.
Bildirilir ki, agentliyin reytinqi “Azərbaycan Dəmir Yolları” QSC-nin öz istəyi ilə geri çağırıb. Belə ki, QSC reytinqin dayandırılmasını istəyib.
Bundan sonra Fitch “Azərbaycan Dəmir Yolları” QSC ilə bağlı yetərincə məlumata sahib olmayacaq. Buna görə agentlik artıq QSC haqqındareytinq və analitik informasiya hazırlamayacaq”, - agentliyin məlumatında bildirilir.
1news.az
937