Bakıda avtobusun vurduğu avstriyalı idmançı məşqlərə başlayıb-FOTO
Bakıda avtobusun vurduğu avstriyalı idmançı Vanessa Saxinoviç yenidən idmana qayıdıb və məşqlərə başyalayıb.
1news.az xəbər verir ki, 7 ay müalicə müddətindən sonra ilk məşqlərə çıxan Saxinoviç qeyd edib ki, hovuz onun ikinci evidir.
“Mən suda olanda özümü möhtəşəm hiss edirəm”,- idmançı deyib.
Məşqçisi Tomas Narnxofer inanır ki, Vanessanın onurğa sütunundan aldığı ağır zədə tam sağalandan sonra o, böyük idmana qayıda biləcək.
“O, güclü idmançıdır və bu məşqlərə qayıtmağına imkan verəcək”,- məşqçi deyib.
Xatırladaq ki, hadisə Bakı-2015 Birinci Avropa oyunları zamanı baş verib.
Hadisədən sonra Bakı-2015 Birinci Avropa Oyunlarının əməmliyyat Komitəsinin Tibb xidməti xarici idmançıların qəzaya düşməsi haqqında məlumat yayıb.
Avstriya Milli Olimpiya Komitəsinin prezidenti Karl Ştoss zədə alan idmançılatın Avstriyaya gətirilməsində göstərdiyi köməyə görə Azərbaycana minnətdarlığını bildirib.
Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, uidmançılar arasında daha ağır zədə alan avstriyalı Vanessa Saxanoviç idi və o, əməmliyyat edilib.
“Həkimlərin rəyinə görə əməliyyat uğurla başa çatıb və nəticəsinin də xeyirli olacağına ümid var”, - deyə A. Rəhimov söyləyib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Azərbaycan Baş Prokurorluğu insidentlə bağlı birgə bəyanat yayıb. Avtobus sürücüsünün idmançıları vurması barədə Azərbaycan Cinayət Məcəlləsinin 263.1 ( “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ; Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda”) müddəsi üzrə cinayət işi açılıb.
Avtobus sürücüsü Vəli Əhmədov həbs olunub, məhkəmə prosesi başlayıb.
2015-ci ilin sentyabr ayında Vanessa Saxanoviç xəstəxanadan çıxıb.
1news.az