AZAL Bakı-Aktau aviareysini ləğv edib
“Azərbaycan Hava Yolları” QSC bu günə planlaşdırılan Bakı-Aktau aviareysi ləğv edib.
1news.az –a bu haqda AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
Onun sözlərinə görə, təyyarə yerləri dolmadığına görə aviareysin ləğvi məqbul sayılıb. Təyyarənin Bakıdan 27 yanvar yerli vaxtla saat 21.00-da çıxması planlaşdırılırdı. Bu reysə bilet alan sərnişinlərə alternativ variantlar təklif olunub.
Mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, hava şəraitinə baxmayaraq, təyyarələrin uçuş qrafikinə dəyişiklik olunmayıb. Aviareyslərin ləğv olunması da gözlənilmir.
1news.az
789