Azərbaycanda daha iki bankın lisenziyası ləğv edildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda daha iki bankın lisenziyası ləğv edildi

16:58 - 27 / 01 / 2016
Azərbaycanda daha iki bankın lisenziyası ləğv edildi

Mərkəzi Bank (MB) Azərbaycanda daha iki bankın lisenziyasını ləğv edib.

 

1news.az-ın MB-a istinadən verdiyi xəbərə görə, MB-ın İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 və 07/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edilib.

 

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 27.01.2016-cı il tarixdən banklara müvəqqəti inzibatçı təyin edilib.

 

MB bildirir ki, “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və Fond tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

 

Qeyd edək ki, cari ayda Qafqaz İnkişaf Bankı və AtraBankdan əlavə Mərkəzi Bank Daha 4 bankın: United Credit Bank, NBCBankBank of Azerbaijan və Gəncəbank-ın lisenziyalarını ləğv edib.

 

“Qafqaz İnkişaf Bankı” ASC 7 aprel 1997-ci ildə Qafqaz ölkələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan, Rusiya vətəndaşlarının, təşkilatlarının, banklarının və müəssisələrinin dəstəyi ilə yaradılıb.

1992-ci ildə yaradılan AtraBank ASC ilk dəfə kommersiya- aksioner bankı olaraq yaradılıb. “AtraBank” ASC 29 avqust 2005-ci ilə kimi fəaliyyət göstərib. Bankın aksiyaçıları Azərbaycandan olan 30-dan çox fiziki şəxsdir.

Beləliklə, hal-hazırda bank fəaliyyəti ilə bağlı lisenziyaya malik olan 37 bank var.

1news.az

Paylaş:
2340

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər