İqtisadi islahatlar gömrük sistemində də müsbət dəyişikliklərə səbəb olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

İqtisadi islahatlar gömrük sistemində də müsbət dəyişikliklərə səbəb olub

05:45 - 27 / 01 / 2016
İqtisadi islahatlar gömrük sistemində də müsbət dəyişikliklərə səbəb olub

Gömrük sahəsi üzrə keçirilən bölmə iclasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan Prezidentinin bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası barədə məlumat verib.

AZƏRTAC xəbər verir ki, gömrük sisteminin iqtisadiyyatın təhlükəsizliyində və inkişafında mühüm rol oynadığını bildirən komitə sədri ötən il bu sahənin inkişafı üçün görülən işlərdən, baş verən qanun pozuntuları və qaçaqmalçılıqdan, idxal və ixrac əməliyyatlarından danışıb.

Aydın Əliyev deyib: “Burada üç əsas amil lazımdır: qanunvericilik bazası, maddi-texniki baza və kadrların peşəkarlığı. Bu amillərin hər biri bizdə var. Hazırda onların daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində iş aparılır”.

Komitə sədri bildirib ki, ötən il gömrük sahəsində ilk dəfə olaraq 1 milyard 592 milyon manata yaxın vəsait toplanaraq, büdcə proqnozu artıqlaması ilə yerinə yetirilib.

Qaçaqmalçılıqla mübarizə barədə məlumat verən A.Əliyev gömrük qaydalarının 8600 dəfədən çox pozulduğunu və gömrük orqanları tərəfindən 300 cinayət faktının aşkarlandığını söyləyib. Qeyd edib ki, həmin cinayət işlərindən 214-ü məhkəmələrə göndərilib, həmçinin 90 kiloqramdan artıq narkotik vasitə məhv edilib.

“Son zamanlar iqtisadiyyat sahəsində aparılan islahatlar gömrük sistemində də müsbət dəyişikliklərə səbəb olub. 2016-cı il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliklərin qüvvəyə minməsi və verilən qərarlar nəticəsində sahibkarların fəaliyyəti daha da asanlaşıb. Lakin buna baxmayaraq, hələ də ölkəyə qaçaqmalçılıq yolu ilə, gömrük qanunvericiliyini pozmaqla malların gətirilməsi davam edir. Belə halların yaxın zamanlarda tamamilə aradan qaldırılacağına və sahibkarların işlərinə şəffaf yanaşacağına ümid edir, bu istiqamətdə səylərimizi davam etdiririk” - deyə A.Əliyev vurğulayıb.

“Elektron hökumət”in üstünlüklərindən danışan komitə sədri elektron bəyannaməyə keçidin sahibkarların işinin sürətləndirilməsində rolunu diqqətə çatdırıb.

Aydın Əliyev qeyd edib ki, tranzit yüklər sığorta və gömrük sahəsində müəyyən xidmətlərin ödənişindən azad olunub. Bu, Azərbaycanın bir tranzit ölkəsi olaraq inkişaf etməsinə təkan verəcək.

Eyni zamanda, turizmin inkişafı ilə bağlı gömrük orqanlarının üzərinə böyük vəzifələr düşür. Azərbaycanı tanıtmaq və xalq sənətkarlığını inkişaf etdirmək üçün xalçaçılıq və digər sənətkarlıq mallarının gömrük sərhədindən rahat keçirilməsi ilə bağlı addımlar atılması da vacibdir.

Daha sonra iclasda sahibkarları maraqlandıran suallar cavablandırılıb. Suallar əsasən elektron bəyannamənin tətbiqi və digər məsələlərlə bağlı olub.

Bölmə iclasında, həmçinin bir sıra təkliflər səsləndirilib. Komitə sədri təkliflərin araşdırılacağını, bununla bağlı müvafiq addımlar atılacağını bildirib.

Paylaş:
721

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər