Mingəçevir sakinindən saxta əsginazlar götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevir sakinindən saxta əsginazlar götürülüb

18:42 - 27 / 01 / 2016
Mingəçevir sakinindən saxta əsginazlar götürülüb

Saxta əsginaz hazırlayan Mingəçevir sakini saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Səbail polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini Turan Yusifovdan rəngli printerdə hazırlanmış 25 ədəd 50, 8 ədəd 20 və 3 ədəd 5 manatlıq saxta əsginaz götürülüb.

1news.az

 

Paylaş:
560

Son xəbərlər

Bütün xəbərlər